<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Sakit bir axşamda mən diz çökdüm,
 Allah qarşısında göz yaşı tökdüm.
 Yanaraq çağırdım Səni, Allahım,
 Sənsiz mənasızdır mənim həyatım.

[C1]
   Söylədim Ataya öz əzabımı,
   Yalvardım: Ey Ata, qurtar canımı,
   Sil Öz əlinlə göz yaşlarımı,
   İşıqlandır Sözünlə həyatımı.

[V2]
 Yolumda qarşıma daşlar çıxanda,
 Qüvvə ver, Allahım, durum imanda.
 Tənhalığı duyub ağlayanda,
 Bilim ki, mənimləsən hər anda.</lyrics>
<title>Sakit bir axşamda mən diz çökdüm İL515</title>
<hymn_number>515</hymn_number>
</song>